İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqından (Aİ) Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramının təsdiqində kompromis əldə edilməsində əsas rol oynayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “il Giornale” qəzeti mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, Meloni "vasitəçilikdə iştirak edən ilk şəxs" olub, bütün Aİ üzvləri tərəfindən bəyənilən qərara nail olmağa kömək edib.