İsverçrədə güclü yağış və əriyən qar ölkənin cənubunda sel və torpaq sürüşməsinə səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təbii fəlakətdə 1 nəfərin öldüyü, itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
Bildirilib ki, Qrisons kantonunda yerləşən Misox vadisində sel nəticəsində itkin düşən şəxsin cansız cəsədi 8 kilometr aralıda tapılıb. Polisdən verilən açıqlamada xilasetmə qruplarının itkin düşən 2 nəfərin axtarışlarını davam etdirdiyi, lakin onların sağ tapılma şansının az olduğu bildirilib.