İsveçrə 37 tarixi əsəri Türkiyəyə qaytarcağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
Ersoy Türkiyə ilə İsveçrə arasında imzalanan mədəni irs əsərinin qaytarılması müqaviləsi ilə əlaqədar olaraq, “Urartu dövrünə aid əşyalar və Roma dövrü maral heykəli də daxil olmaqla 37 ədəd əsərimiz aid olduqları torpaqlara qayıdır. Onlar bir neçə saat ərzində İsveçrə hakimiyyətindən qəbul olunacaqlar”,- deyə qeyd edib.