İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya inteqrasiyasını bu gün başa çatdırdığını və gələn ilin əvvəlində NATO-nun Latviyadakı batalyonuna hərbi qoşun göndərəcəklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə baş naziri Ulf Kristersson mətbuat konfransında qeyd edib.
Baş nazir NATO-ya üzvlük üçün 2022-ci ildə başlatdığı prosesin başa çatdığını qeyd edib.
"Gələn ilin əvvəlində hökumət Litvaya Kanadanın başçılıq etdiyi NATO briqadasına əsgər göndərmək qərarına gəlib. Hərbi hissədə 400-dən 500-ə qədər şəxsi heyətlə yanaşı, CV 90 zirehli döyüş maşını və “Leopard” tankları da olacaq", - deyə bəyanatda bildirilib.
İsveç Latviyaya qoşun göndərəcək
1 dəq