Operativ Məlumat Mərkəzi

İsveç Baş naziri Finlandiyanın NATO-ya tezliklə üzv olacağına əmindir

1 dəq
Paylaş:
İsveç Baş naziri Finlandiyanın NATO-ya tezliklə üzv olacağına əmindir
bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib. "İndi hər şey onu deməyə əsas verir ki, Finlandiya İsveçdən əvvəl NATO-ya...

İsveçin Baş naziri Ulf Kristersson Finlandiyanın NATO-ya tezliklə üzv olacağına əmin olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" SVT-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib.
"İndi hər şey onu deməyə əsas verir ki, Finlandiya İsveçdən əvvəl NATO-ya daxil olacaq. Yəqin ki, bu sadəcə günlərə bağlıdır, buna heç bir şübhə yoxdur".

O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib: "Sadəcə xəritəyə baxın, bizi NATO ölkələri əhatə edir", o vurğulayıb.
Macarıstanın və Türkiyənin birbaşa olaraq adını çəkməsə də İsveç Baş naziri çıxışında 30 NATO üzvündən 28-nin həm Finlandiya, həm də İsveçin alyansa üzvlüklə bağlı müraciətlərini təsdiqlədiyini xatırladıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər