Türkiyənin İstanbul şəhərində qasırğa və leysan müşahidə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aramsız yağan yağış qısa müddət ərzində bir sıra bölgələrdə sel və daşqınlara səbəb olub.
Pis hava şəraiti nəticəsində 1 nəfərin öldüyü bildirilir.
Yollarda bir neçə qəza baş verib. Rəsmilər, eyni zamanda, küləyin sürətinin saatda 50 kilometri ötəcəyinə dair əhaliyə xəbərdarlıq ediblər.
Vəziyyət əlaqədar Bosfor boğazında hər iki tərəfə dəniz nəqliyyatının hərəkəti dayandırılıb. Bundan başqa, bir neçə aviareys də təxirə salınıb.