Operativ Məlumat Mərkəzi

İstanbul sahillərində iki yük gəmisi toqquşub

1 dəq
Paylaş:
İstanbul sahillərində iki yük gəmisi toqquşub
bu barədə “Denizhaber” Sahil Mühafizəsi Baş İdarəsinə istinadən məlumat yayıb. Mərmərə dənizində Axırkapı estakadasında lövbər salmaq istəyən “Volgo Don...

Türkiyənin İstanbul sahillərində Mərmərə dənizində iki gəmi toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Denizhaber” Sahil Mühafizəsi Baş İdarəsinə istinadən məlumat yayıb.

Mərmərə dənizində Axırkapı estakadasında lövbər salmaq istəyən “Volgo Don 207” yük daşıyıcısı hazırda qeyd olunan limanda lövbər salmış “Astrid L” yük daşıyıcısı ilə toqquşub.

İlk gəminin uzunluğunun 138 metr olduğu bildirilir. İkinci gəminin uzunluğu 147 metrdir.

Sahil mühafizəsi hadisə zamanı xəsarət alan olmadığını vurğulayıb.

Bundan əlavə, ekspertlər hadisənin ətraf mühitə mənfi təsir göstərmədiyini qeyd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər