Türkiyənin İstanbul şəhərində yağan leysan yağışlar ciddi fəsadlar törədib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, leysan nəticəsində küçələri su basıb.
Güclü yağışlar nəticəsində Başakşehir rayonunun bəzi yerlərdə suyun səviyyəsi rekord səviyyədə qalxıb.
Nəticədə evlərin birinci mərtəbəsini su basıb, nəqliyyat vasitələrini yağış suları aparıb. Yerli hakimiyyət sakinləri evdə qalmağa çağırıb.
Səhiyyə naziri Fahrettin Koca iki nəfərin öldüyünü və beş nəfərin xəsarət aldığını bildirib.