Sərnişin sıxlığının artdığı İstanbul Hava Limanında yeni rekorda imza atılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən İstanbul Hava Limanında 1593 reyslə 252 364 sərnişin səfər edib.
Açılışından bu günə qədər ən yüksək sərnişin sayına çatan İstanbul Hava Limanı "gündəlik sərnişin sayı" rekordunu qırıb.