Əsas məzmuna keç

İsraillilər hakimiyyətdən girovları azad etməyi tələb edirlər

İsraillilər hakimiyyətdən girovları azad etməyi tələb edirlər

bu barədə Ynet məlumat yayıb. Portalın məlumatına görə, nümayişlər iyulun 7-də səhər saatlarında doqquz əsas nəqliyyat qovşağı da daxil olmaqla, ölkə...

İsraillilər hakimiyyətdən saxlanılan girovların dərhal azad edilməsi və erkən seçkilərin keçirilməsi ilə ölkə boyu etiraz aksiyaları keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.

Portalın məlumatına görə, nümayişlər iyulun 7-də səhər saatlarında doqquz əsas qovşağı da daxil olmaqla, ölkə üzrə 30 yerdə başlayıb.

Nümayişçilər hakimiyyətdən girovların azad edilməsi üçün təcili tədbirlər görməsini tələb ediblər. Etirazçılar həmçinin İsrail həmkarlar ittifaqı konfederasiyasının Histadrut rəhbərinin evinin yaxınlığında toplaşaraq ondan tez bir zamanda seçkilərin keçirilməsi tələbi ilə ümumi tətil elan etməyi tələb ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…