Əsas məzmuna keç

İsrailin Livanın şərqinə hava hücumları nəticəsində 23 nəfər ölüb

İsrailin Livanın şərqinə hava hücumları nəticəsində 23 nəfər ölüb

İsrailin Livanın şərqinə hava hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al " telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər Yunin kəndindəki evlərdən birinin zirzəmisində yaşayan suriyalı qaçqınlardır.

Qeyd edilib ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Məlumata görə, beş livanlı da yaralanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Bundan əlavə, Şaat qəsəbəsində partlayışdan sonra binaların dağıntıları altından 4 nəfərin meyiti tapılıb, daha 9 yaralı xəstəxanaya çatdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…