İsrail və HƏMAS Misir və Qətərin təmsil olunduğu vasitəçilərin köməyi ilə Qəzza zolağında humanitar atəşkəsin iki gün uzadılmasına dair yeni saziş bağlamağa yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan açıqlama verib.
Onun sözlərinə görə, yeni saziş İsrail həbsxanalarında saxlanılan 20 israilli girovun 60 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur.