Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Qəzzada humanitar hüququn "açıq-aşkar pozulmasını" pisləyib və "dərhal humanitar atəşkəsə" çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən açıqlamadan qəzəblənən İsrail rəsmiləri Quterreşin istefasını istəyib.
İsrailin xarici işlər naziri Eli Koen Quterreşi sərt tənqid edərək - "Cənab baş katib, siz necə bir dünyada yaşayırsınız? Əlbəttə, bu, bizim dünyamız deyil. Sizin varlığınızı öldürüb məhv etməyə and içmiş biri ilə necə atəşkəs imzalaya bilərsiniz"? - deyə sual ünvanlayaraq baş katiblə gürüşünü ləğv edib.
İsrailin BMT-dəki səfiri Gilad Erdan Antonio Quterreşi HƏMAS-ın “terrorçuluq və qətllərə rəğbət bəsləməkdə” günahlandırıb və onu dərhal istefaya çağırıb.