İsrail rəsmiləri İranın aprelin 12-dən sonra hücuma hazırlaşdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
General Məhəmməd Rza Zahidinin Dəməşqdə ölməsinə baxmayaraq, İranın Ramazan ayı bitməmiş hücuma keçməyəcəyi qeyd edilib. İsrail İranın müxtəlif istiqamətlərdən hərbi infrastruktura hücum edəcəyinə inanır.