Operativ Məlumat Mərkəzi

İsrailə raket hücumları nəticəsində ölənlərin sayı 150-ə çatıb - YENİLƏNİB

3 dəq
Paylaş:
İsrailə raket hücumları nəticəsində ölənlərin sayı 150-ə çatıb - YENİLƏNİB
hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb. Qeyd olunub ki, ölənlərin sayının daha da artacağı gözlənilir. 16:25 *** Son məlumatlara görə, İsrailə...

“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.

Qeyd olunub ki, ölənlərin sayının daha da artacağı gözlənilir.

16:25 ***

Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

13:48 ***

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.

12:52 ***

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel”ə istinadən xəbər verir ki, müxtəlif xəstəxanalardan verilən məlumatda 200-ə yaxın yaralının olduğu bildirilib.

12:20 ***

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel” ə istinadən xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.

10:16 ***

İsrail ərazisi Qəzzadan raket atəşinə tutulub, ölən var

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

İsrail həkimləri şənbə günü səhər Qəzza zolağından atılan raketlər nəticəsində 70 yaşlı qadının öldüyünü təsdiqləyiblər.

Bildirilib ki, o, Aşdod şəhəri yaxınlığındakı Qederot kəndində yaşayıb.

09:33 ***

“Qəzza zolağından olan radikallar oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər”.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib.

Daha əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər