Operativ Məlumat Mərkəzi

İsrail ordusu məktəbi partladıb

1 dəq
Paylaş:
İsrail ordusu məktəbi partladıb

İsrail ordusu Qəzza zolağının şimalında İndoneziya xəstəxanasının yaxınlığında yerləşən Beyt-Hanun şəhərində məktəbi partladıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

İsrail ordusu uzun müddətdir quru əməliyyatları apardığı Qəzza zolağının şimalında yerləşən Beyt-Hanunda dağıntıları davam etdirir. Nəhayət, Birləşmiş Millətlər Təşkilatının məktəbi partladılıb. Başqa bir məktəbə basqın edilib.

Fələstin Səhiyyə Nazirliyi, həmçinin İsrail ordusunun günlərlə davam edən bombardmanlardan sonra Kemal Advan xəstəxanasını mühasirəyə aldığını açıqlayıb. Tanklarla əhatə olunan xəstəxananın giriş-çıxışlarının hədəfə alındığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər