İsrail qırıcıları Livandakı "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, gecə saatlarında IDF döyüşçüləri "Hizbullah"ın raket platformalarına və Jebel Blat bölgəsindəki hərbi obyektlərə zərbələr endiriblər.
Habelə Ayta əş-Şaab rayonunda "Hizbullah" müşahidə postuna zərbə vurulub.