Operativ Məlumat Mərkəzi

İsrail Misir sərhədindəki münaqişədən sonra yeni tədbirlər görür

1 dəq
Paylaş:
İsrail Misir sərhədindəki münaqişədən sonra yeni tədbirlər görür

İsrailin Misir sərhədindəki münaqişədən sonra sərhəd xəttinə yaxınlaşmasının qarşısını almaq da daxil olmaqla yeni tədbirlər görəcəyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, iyunun 3-də sərhəddə baş verən qarşıdurmadan sonra İsrail qüvvələrinə Misir əsgərlərinin qeyri-adi hərəkətlərinə qarşı ayıq-sayıq olmaları istənilib.

Bəyanatda “Misir əsgərlərinə artıq etibar edilə bilməz” və sərhəddə hər hansı qeyri-adi vəziyyətin “hücum” kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edilib.

Belə olan halda İsrail əsgərlərinin “atəş açmağa hazırlaşacağı” və Misir əsgərlərinin sərhədə yaxınlaşmasının qarşısı alınacağı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər