Operativ Məlumat Mərkəzi

İsrail məktəbi bombaladı, ölənlər var

1 dəq
Paylaş:
İsrail məktəbi bombaladı, ölənlər var
bununla bağlı xarici KİV məlumat yayıb. Nəticəsində beşi uşaq olmaqla 15 nəfər həyatını itirib. İsrail döyüş təyyarələri məcburi köçkün fələstinlilərin...

İsrail ordusunun Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilərin sığındığı məktəbi bombalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nəticəsində beşi uşaq olmaqla 15 nəfər həyatını itirib.

İsrail döyüş təyyarələri məcburi köçkün fələstinlilərin yerləşdiyi Cibaliyyədəki Fatma bint Əsəd məktəbinin ikinci mərtəbəsini bombalayıb.

Həmçinin İsrail ordusunun Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsində Həmmad əl-Həsənət məscidi yaxınlığındakı evi hədəf alması nəticəsində ölən və yaralananlar da olub. Digər tərəfdən, İsrail ordusu Qəzza şəhərinin şimal-şərqindəki Tuffah məhəlləsində bir neçə evi bombalayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər