Əsas məzmuna keç

İsrail Livanda Hizbullah mövqelərinə zərbələr endirib

İsrail Livanda Hizbullah mövqelərinə zərbələr endirib

İsrail ordusu Hizbullaha məxsus təlim düşərgəsini və dəqiq raketlər istehsal edən müəssisəni, eləcə də digər obyektləri hədəfə alıb. “Silahların...

İsrail Livanın Bəqa vadisində mövqelərinə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" İsrail mediasına istinadən xəbər verir ki, İsrail ordusu Hizbullaha məxsus təlim düşərgəsini və raketlər istehsal edən müəssisəni, eləcə də digər obyektləri hədəfə alıb.

“Silahların saxlanılması, terror infrastrukturunun mövcudluğu və İsrailə qarşı Hizbullah terrorçularının hərbi təlimlər keçirməsi İsrail və Livan arasında əldə olunan anlaşmaların açıq-aşkar pozulmasıdır”, - İsrail ordusunun bəyanatında bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…