Operativ Məlumat Mərkəzi

İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib

2 dəq
Paylaş:
İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib
bunu TASS-a İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib. “HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı...

HƏMAS hərəkatının avqustun 15-də Qəzza ilə bağlı danışıqların növbəti raundunda iştirakdan imtina etməsi Fələstin anklavında atəşkəs və girovların azadlığa buraxılmasına dair razılaşmanın əldə edilməsinə məhz kimin mane olduğunu dünyaya göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.

“HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə kimin mane olduğunu bütün dünyaya nümayiş etdirir”, - o bildirib.

Gendelman qeyd edib ki, İsrail danışıqların növbəti raundunda iştirakını artıq təsdiqləyib, lakin məsləhətləşmələrin aparılacağı məkan hələ müəyyən edilməyib.

Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər