İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamada, 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayının 159-a yüksəldiyi bildirilib.
Xatırldaq ki, Media ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilib.
İsrail daha bir jurnalisti öldürüb
1 dəq