Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin pilotsuz uçuş aparatı Livanda təcili yardım maşınlarını hədəf alıb

1 dəq
Paylaş:
İsrailin pilotsuz uçuş aparatı Livanda təcili yardım maşınlarını hədəf alıb

Livanın cənubunda bölgəsində İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) heyətlərə endirdiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “National News Agency” məlumat yayıb.

Məlumata görə, hücum zamanı “İslam Səhiyyə Təşkilatı”, “Bayt əl-Talaba” və “İslam Risalə Skautları”na məxsus avtomobilləri hədəfə alınıb.

Bildirilir ki, zərbə nəticəsində təcili yardım maşınlarına ziyan dəyib. Hücum zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar isə dəqiqləşdirilir.

Qeyd olunur ki, insidentdən sonra Nəbatiyyə bölgəsində vəziyyət gərgin olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax