Əsas məzmuna keç

İspaniya şahzadəsi üç illik hərbi təlim keçəcək

İspaniya şahzadəsi üç illik hərbi təlim keçəcək

bu barədə mətbuat konfransında müdafiə naziri Marqarita Robles bildirib. “Asturiya şahzadəsi bu il hərbi təlimlərə qatılacaq. Avqust və ya sentyabr...

İspaniya taxt-tacının varisi Asturiya şahzadəsi Leonor 2023-cü ildə hərbi təlimlərə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mətbuat konfransında Marqarita Robles bildirib.

“Asturiya şahzadəsi bu il hərbi təlimlərə qatılacaq. Avqust və ya sentyabr ayında o, Saraqosa Baş Hərbi Akademiyasında təlimə başlayacaq”, – deyə nazir məlumat verib.

Onun sözlərinə görə, VI Filippin 17 yaşlı qızı üç il ərzində quru qoşunlarında, eləcə də donanma və hava qüvvələrində xüsusi hərbi təlim keçəcək.

Qeyd edək ki, şahzadə Leonor 31 oktyabr 2005-ci ildə anadan olub. O, ispan monarxının iki qızından böyüyüdür.

Ölkənin konstitusiyasına görə, kral və Silahlı Qüvvələrin ali baş komandanıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…