Operativ Məlumat Mərkəzi

İspaniya millisinin kapitanı Fransa ilə oyundan sonra zədələnib

1 dəq
Paylaş:
İspaniya millisinin kapitanı Fransa ilə oyundan sonra zədələnib
kapitan Almaniyada təşkil olunan Avropa çempionatında Fransaya qalib gəldikləri (2:1) yarımfinal mərhələsinin matçından sonra qələbəni qeyd etdikləri...

İspaniya millisinin futbolçusu Alvaro Morata zədələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kapitan Almaniyada təşkil olunan Avropa çempionatında Fransaya qalib gəldikləri (2:1) yarımfinal mərhələsinin matçından sonra qələbəni qeyd etdikləri vaxt xəsarət alıb.

Təhlükəsizlik işçisi meydana qaçan azarkeşi saxlamağa çalışıb və ehtiyatsızlıqdan Morata ilə toqquşub.

31 yaşlı hücumçu həmin hadisədən sonra axsayıb.

Qeyd edək ki, İspaniya iyulun 14-də AVRO-2024-ün finalında Niderland - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər