Əsas məzmuna keç

İsmayıllıda qəza oldu, 2 nəfər öldü

İsmayıllıda qəza oldu, 2 nəfər öldü

Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində...

Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində vasitəsi aşıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Nəticədə sərnişinlər - 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb.

Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…