İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov deyib.
O bildirib ki, meyit müayinə olunması üçün morqa yerləşdirilib və hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.