Əsas məzmuna keç

İsmayıllıda kişi kəsici alətlə qətlə yetirilib

İsmayıllıda kişi kəsici alətlə qətlə yetirilib

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə...

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…