İŞİD liderlərində biri Huzeyfə əl-Yəmən Suriyanın şərqində ələ keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-dan verilən yazılı açıqlamada ABŞ əsgərlərinin helikopterlə həyata keçirdiyi reyd əməliyyatı nəticəsində DEAŞ-ın hücum planlayıcılarından biri olduğu iddia edilən Huzeyfə əl-Yəmənin ələ keçirildiyi qeyd edilib.
Açıqlamada Suriyanın şərqindəki əməliyyatda mülki itkilərin olmadığı və Yəmənin ələ keçirilməsinin təşkilatın əməliyyat keçirmə qabiliyyətinə ciddi zərbə olduğu bildirilib.