Pakistanın xarici işlər naziri İshaq Dar bu gün misirli həmkarı Bədr Əbdül-Ətti ilə telefon danışı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, onlar regiondakı son hadisələri və ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının açılması üçün müəyyən etdiyi son tarixi müzakirə edib.
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, liderlər gərginliyin azaldılması və dialoqun vacibliyini vurğulayıblar. Onlar vəziyyət inkişaf etdikcə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Bədr Əbdül-Ətti həmçinin ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiven Uitkoff və İraqın xarici işlər naziri Fuad Hüseyn ilə də danışıb.
Misir Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, telefon danışıqları zamanı sürətlə dəyişən vəziyyət və ABŞ ilə İran arasında gərginliyin azaldılması üçün qarşılıqlı anlaşmaya nail olmaq səyləri müzakirə edilib.
Pakistan regional ölkələrin dəstəyi ilə ABŞ və İranı danışıqlar masasına gətirmək üçün diplomatik səylər göstərir.