İrlandiya hökuməti ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarına görə Aİ liderlərini ABŞ ilə ticarət müharibəsinə başlamamağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Irish Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
İrlandiyanın Baş naziri Mişel Martin açıq şəkildə bildirib ki, Avropanın ABŞ-ın ticarət siyasətinə reaksiyası “düşünülmüş və ölçülüb-biçilmiş” olmalı və istənilən mümkün tədbirlər “mütənasib olmalı və bizneslərin və vətəndaşların maraqlarını qorumağa yönəldilməlidir”.
Qəzetin yazdığına görə, İrlandiya hökuməti də özəl fəaliyyət göstərir. Bəzi İrlandiyalı nazirlər və rəsmilər ölkənin diqqətli addım atmalı və sərt şərhlər verən Avropa ölkələrindən nümunə götürməməli olduğunu söyləyib.