Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İordaniyadakı bazasına zərbə endirdilər

2 dəq
Paylaş:
ABŞ-nin İordaniyadakı bazasına zərbə endirdilər

ABŞ-nin Keşm adasına endirdiyi zərbəyə cavab olaraq İordaniyadakı Muvaffaq Hava Bazasına raketlə hücum etdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

SEPAH-ın yaydığı bəyanatda bildirilib ki, ABŞ-nin Keşm adasında eyni ailədən 3 nəfərin həlak olduğu hücuma cavab məqsədilə həyata keçirilib.

Açıqlamada iddia olunur ki, hücum nəticəsində bazada yerləşən 3 ədəd F-35 qırıcı təyyarəsi tamamilə məhv edilib, daha 3 təyyarəyə ziyan dəyib, həmçinin bir sıra ABŞ hərbçiləri və texniki heyət üzvləri həlak olub.

SEPAH həmçinin bildirib ki, bu gün səhər İranın Xuzistan əyalətində yerləşən Bəndər İmam Xomeyni liman şəhəri yaxınlığında ABŞ-yə məxsus pilotsuz uçuş aparatı aşkar edilərək vurulub.

Həmçinin İordaniya ordusu ölkə ərazisini hədəf alan İran mənşəli 5 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, SEPAH-ın ABŞ bazasına və F-35 qırıcılarına dəyən ziyanla bağlı iddiaları hələlik ABŞ və ya İordaniya tərəfindən təsdiqlənməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax