Əsas məzmuna keç

İrəvan Qəzzaya humanitar yardım göndərəcək

İrəvan Qəzzaya humanitar yardım göndərəcək

bu barədə Baş nazir Nikol Paşinyan Qahirədə Misir prezidenti ilə görüşlərdən sonra keçirilən birgə brifinqdə bildirib. Paşinyanın sözlərinə görə,...

Qəzza zolağına göndərməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nikol Paşinyan Qahirədə Misir prezidenti ilə görüşlərdən sonra keçirilən birgə brifinqdə bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Qəzzada on minlərlə günahsız insanın həlak olmasından kədərlənir. Ermənistan mülki infrastruktura və mülki əhaliyə edilən hücumların nəticələrini şəxsən çəkib və indi Qəzzada dərhal atəşkəs üçün beynəlxalq çağırışlara qoşulur.

Paşinyan, "Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı misirli həmkarlarımızla da görüşdük və onların köməyinə və məsləhətlərinə ehtiyacımız var. Əl Sisiyə bu məsələdə kömək etmək istəyinə görə təşəkkür edirəm", - deyib.

O bildirib ki, çatdırılmanın təşkili məsələsi iki ölkənin nazirləri tərəfindən müzakirə olunacaq.

Paşinyan xatırladıb ki, Fələstin-İsrail münaqişəsinə gəlincə, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır və “iki dövlət” prinsipini dəstəkləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…