“İrəvan da deyir “Qarabağ Azərbaycandır!”, Bakı da” - Ermənistanın keçmiş baş naziri

“İrəvan da deyir “Qarabağ Azərbaycandır!”, Bakı da” - Ermənistanın keçmiş baş naziri
04.02.2023 14:04
Aa
dəq

"Ermənistan deyir ki, “Qarabağ Azərbaycandır!”. Azərbaycan da deyir ki, “Qarabağ Azərbaycandır!”. Onda rus sülhməramlılarının sualı yaranır: “bizim burada nə işimiz var?”

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan parlamentdəki dinləmələr zamanı bildirib. 

Qeyd edək ki, “Hayastan” müxalifət fraksiyası parlamentdə Laçın dəhlizindəki vəziyyətlə bağlı dinləmələr keçirib. Dinləmələri Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları boykot ediblər. 

Keçmiş baş nazir Hrant Baqratyan çıxışı zamanı Paşinyan iqtidarını Qarabağ ermənilərinə biganəlikdə ittiham edib. 

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün də deyir ki, “biz Qarabağla bağlı problem görürük”, yəni Rusiya Qarabağı Azərbaycanın bir hissəsi kimi görmür, lakin erməni tərəfi bu istiqamətdə heç bir iş həyata keçirmir”, - Baqratyan hiddətlə bildirib. 

Xatırladaq ki, Hrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub. O, hazırda “Erməni Milli Hərəkatı” Partiyasının parlamentdəki deputatıdır. 

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu