Operativ Məlumat Mərkəzi

İraqda reyd zamanı ABŞ-nin yeddi hərbçisi yaralanıb

1 dəq
Paylaş:
İraqda reyd zamanı ABŞ-nin yeddi hərbçisi yaralanıb
{"az":"ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD terror qruplaşmasının yaraqlılarının məhv edilməsi...","en":"","ru":""}

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD terror qruplaşmasının yaraqlılarının məhv edilməsi üzrə birgə əməliyyatı zamanı 7 amerikalı hərbçi yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə "Associated Press" amerikalı hərbi rəsmiyə istinadən xəbər yayıb.

Məlumata görə, xəsarət alanların hamısının vəziyyəti sabitdir.

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Amerika ordusu və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD-in 15 yaraqlısını məhv etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər