İraqın qərbindəki Ənbar əyalətindəki ABŞ-ın Ayn əl-Əsəd hərbi hava bazası raket zərbələrinə məruz qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.
Təhlükəsizlik mənbəsi televiziya kanalına bildirib ki, Ayn əl-Əsəd bazasına 20-dən çox raket atılıb.
Xəbərdə hərbi bazaya doğru raketlərin atıldığı bölgədə təhlükəsizlik yoxlamalarının aparıldığı bildirilib.
Qeyd edilib ki, bu hücuma görə məsuliyyəti Livanın Hizbullah hərəkatı və İraqın Əl Nücəbə hərəkatının milisləri öz üzərinə götürüb.