ABŞ və İsrail qüvvələri İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.
İlkin qiymətləndirmələrə görə, İranın ən böyük şirkətlərindən biri olan və mərkəzi İsfahan əyalətində yerləşən "Mobarakeh Steel Company" polad şirkətinin istehsal bölmələrinə kütləvi hücumlar nəticəsində ciddi ziyan dəyib.
Bundan başqa, "Sefid Dasht Steel" və "Khuzestan Steel" şirkətlərinə də zərbə endirilib.