İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Oman və Rusiyaya səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, səfər cümə günü axşam başlayacaq.
Səfərdə məqsəd ikitərəfli məsləhətləşmələrin aparılması, cari regional proseslərin, eləcə də Yaxın Şərqdəki münaqişə və ABŞ ilə İsrailin İrana qarşı əməliyyatı ilə bağlı son vəziyyətin müzakirəsindən ibarətdir.
Daha əvvəl Pakistanın "Geo TV" telekanalı xəbər vermişdi ki, Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün bu axşam Pakistana yola düşməlidir.