Əsas məzmuna keç

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - 24.07.2024

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - 24.07.2024

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən...

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, komitənin Gömrük İdarəsində İran istiqamətindən ölkəyə daxil olan vətəndaşının idarə etdiyi yük vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…