Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan ABŞ-yə mühüm çağırış

2 dəq
Paylaş:
İrandan ABŞ-yə mühüm çağırış

"İran mümkün yanlış hesablamaların qarşısını almaq üçün ABŞ-ni ciddilik və realizm nümayiş etdirməyə çağırıb".

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu sözləri İranın naziri Abbas Əraqçi deyib.

Əraqçi qeyd edib ki, o, misirli həmkarı ilə regional hadisələri müzakirə edib və ona İran ilə ABŞ arasında dolayı danışıqlar, xüsusilə də 26 fevral tarixində Cenevrədə keçirilmiş görüş barədə məlumat verib.

İranın məsələlərin yollarla həllinə sadiqliyini xatırladan naziri bildirib ki, bu istiqamətdə uğur əldə etmək üçün qarşı tərəf də ciddi və realist mövqe nümayiş etdirməlidir:

"Biz məsələlərin diplomatik yollarla həllinə sadiqik. Bu istiqamətdə uğur əldə etmək üçün qarşı tərəf də ciddi və realist mövqe nümayiş etdirməlidir ki, hər hansı yanlış hesablamaların və ya həddindən artıq tələblərin qarşısı alınsın".

Daha əvvəl Əraqçi bildirmişdi ki, Cenevrədə İran ilə ABŞ arasında keçirilən dolayı danışıqların üçüncü raundu indiyədək ən mərhələ olub və müzakirələr zamanı müəyyən irəliləyiş əldə edilib.

Tərəflər bundan əvvəl bir görüşü Omanda, daha birini isə Cenevrədə keçiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax