İranda iki polis məntəqəsinə hücum edilib, 23 nəfər ölüb - YENİLƏNİB

İranda iki polis məntəqəsinə hücum edilib, 23 nəfər ölüb - YENİLƏNİB
04.04.2024 11:04
Aa
dəq

İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib.

Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.

Bildirilib ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

İRNA-nın məlumatına görə, İnqilab keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə qruplaşma üzvləri arasında 10 saatadək atışma olub.

İnformasiyaya əsasən, döyüş nəticəsində “Ceyş-əl Adl”ın 15 silahlısı ölüb. Ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.

Silahlı qruplaşma isə Sepahın 200-ə yaxın hərbçisini öldürdüklərinə dair məlumat yayıblar.

***

İranın Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərində hərbi və polis obyektlərinə silahlı terror hücumları nəticəsində İranın hüquq-mühafizə qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5 üzvü həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi məlumat verib.

O qeyd edib ki, hadisə nəticəsində daha 10 nəfər yaralanıb”.

O, həmçinin əməliyyat zamanı səkkiz terrorçunun məhv edildiyini, Raskada bir neçə yaraqlının təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığını və tezliklə ya saxlanılacaq, ya da məhv ediləcəyini deyib.

"Terrorçular arasında itkilər 20 nəfərə qədər arta bilər", - Mirəhmədi əlavə edib.

Qeyd edək ki, Çaxəbərdə SEPAH-ın qərargahına hücum cəhdindən sonra silahlılar yaşayış binalarından birinə soxulub və bir neçə nəfəri girov götürüblər. SEPAH əsgərləri onları azad etmək üçün əməliyyat keçirir. Raskda isə polis bölməsinə daxil olmaq cəhdinin qarşısı alınıb.

Həftənin ən çox oxunanları

İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB

İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
DAVAMIN OXU davamın oxu

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
DAVAMIN OXU davamın oxu

Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq

Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq
DAVAMIN OXU davamın oxu