Operativ Məlumat Mərkəzi

İranda parlament seçkiləri keçirilib

2 dəq
Paylaş:
İranda parlament seçkiləri keçirilib
prezident İbrahim Rəisi, ölkənin ali dini lideri Ayətullah Əli Xamenei səsvermə hüququndan istifadə ediblər. Parlamentin 290 yeri uğrunda 15 minə yaxın...

İranda parlament seçkiləri keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, prezident İbrahim Rəisi, ölkənin ali dini lideri Ayətullah Əli Xamenei səsvermə hüququndan istifadə ediblər.

Parlamentin 290 yeri uğrunda 15 minə yaxın namizəd mübarizə aparıb. Seçkilərin ilkin nəticələrinin erkən saatlarda elan ediləcək.

Ekspertlər sözlərinə görə, prosesdə mühafizəkar, radikal siyasi xətt izləyən namizədlərin qalib gələcəyi gözlənilir.

İran hökuməti rəsmiləri, eyni zamanda, Əli Xamenei əhalini səsverməyə təşviq etsə də, seçici fəallığının az olduğu deyilir.

İranın İSPA tələbə eqzit pol qurumu daha əvvəl seçkilərdə 38.5 faiz olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bu, 2022-ci ildə Məhsa Əmini adlı qadının hicabı düzgün taxmadığı üçün polis tərəfindən döyülərək öldürülməsi ilə əlaqədar İran hökumətə qarşı baş qaldıran irimiqyaslı etiraz aksiyalarından sonra ilk seçkilərdir.

Xatırladaq ki, həmin etiraz aksiyaları zamanı fəallarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalarda 185 nəfər ölüb.

Qərb mediyası İran rəhbərliyinin ölkədə dəyişikliyə çağırış edən islahatçı siyasi liderlərin seçkidə namizəd olaraq iştirakını əngəllədiyini yazır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər