Əsas məzmuna keç

İranda etirazlar başlayıb

İranda etirazlar başlayıb

İranın paytaxtı Tehranda və digər şəhərlərində sakinlər məktəbli qızların naməlum maddədən zəhərlənməsi ilə əlaqədar etirazlara başlayıblar. Bu...

İranın paytaxtı Tehranda və digər şəhərlərində sakinlər məktəbli qızların naməlum maddədən zəhərlənməsi ilə əlaqədar etirazlara başlayıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir.

Uşaqların bulanması və baş ağrısından şikayətləndiyi bildirilir. Naməlum maddədən zərərçəkənlər bir neçə yüz nəfərdir.

Zəhərlənmə ölkənin 31 əyalətindən 10-da, azı 30 məktəbdə qeydə alınıb.

Tehranda vanlideynlər Təhsil Nazirliyinin binası qarşısında mitinq keçiriblər. Eyni zamanda digər şəhərlərdə aksiyalar keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…