Operativ Məlumat Mərkəzi

İranda 4 nəfər edam olunub

1 dəq
Paylaş:
İranda 4 nəfər edam olunub
{"az":"onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham...","en":"","ru":""}

İranda 4 nəfər barəsində çıxarılan ölüm hökmü səhər saatlarında icra olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham olunublar.

Məlumata görə, Tehran hakimiyyəti bu hücumda İsraili qınayıb, 4 nəfəri də Mossadla əlaqədar mühakimə edib.

Edam olunanlar bunlardır: qruplaşmanın başçısı Məhəmməd Fəramərzi, Möhsün Mazlum, Vəfa Azərbar (İranda fəaliyyət göstərən “Komilə” hərbi-siyasi qruplaşmasının üzvü), Peyman Fatehi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər