Əsas məzmuna keç

Çavuşoğlu: Azərbaycanın hüquqlarının müdafiəsi boynumuzun borcudur

Çavuşoğlu: Azərbaycanın hüquqlarının müdafiəsi boynumuzun borcudur

bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X” sosial şəbəkəsindəki...

“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin keçmiş naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Can Azərbaycana canımız fəda”, - Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Çavuşoğlu daha əvvəl Avropa Şurası Parlament Asssambleyasının () Azərbaycana qarşı qərarını qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb.

“Mən çox təəssüf edirəm ki, AŞPA nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir. Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, - keçmiş nazir hesabında yazıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…