Əsas məzmuna keç

İrana yeni sanksiyalar tətbiq olundu

İrana yeni sanksiyalar tətbiq olundu

Avropa İttifaqı insan hüquqlarını pozduğuna görə İrana qarşı növbəti dəfə sanksiyalar tətbiq edib.

Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, İranın 32 fiziki və 2 hüquqi şəxsinin adları sanksiyalar siyahısına əlavə olunub. Bu şəxslər aksiyasında iştirak edənlərə qarşı qəddarcasına davranıb və insanların ən sadə hüquqlarını belə qorumaqdan imtina ediblər.

Adları sanksiyalar siyahısına salınanların Avropa İttifaqı ölkələrinə girişi qadağan olunub və onların Avropa banklarındakı aktivləri dondurulub.

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bəyan edib ki, fevralın 24-də İrana qarşı tətbiq olunacaq növbəti sanksiyalar paketi də açıqlanacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…