Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazında 6 gəmini saxladı

1 dəq
Paylaş:
İran Hörmüz boğazında 6 gəmini saxladı

İranın gecə saatlarında boğazının cənub hissəsində Tehranın müəyyən marşrut əvəzinə alternativ istiqamətlə hərəkət edən və identifikasiya sistemlərini söndürən 6 gəmini saxladığı bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, gəmilər İranın müəyyən etdiyi rəsmi keçid marşrutundan istifadə etmədən boğazı keçməyə cəhd edib.

Həmçinin onların avtomatik identifikasiya sistemlərini (AIS) söndürdüyü qeyd olunur.

Hadisə ilə bağlı İran rəsmiləri tərəfindən hələlik ətraflı açıqlama verilməyib.

Gəmilərin mənsubiyyəti, ekipajlarının vəziyyəti və saxlanılma səbəbləri ilə bağlı da əlavə məlumat paylaşılmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax