İran Müdafiə Nazirliyi “Xürrəmşəhr” sinfinə məxsus ən son uzaqmənzilli strateji ballistik raketini təqdim edib.
"Operativ Məlumat Mərkəzi-OMM" İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani bildirib.
“Biz silahlı qüvvələri müxtəlif raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çalışırıq. Raketin uçuş məsafəsi iki min kilometrdir və döyüş başlığı böyük partlayıcı gücə malikdir. Yeni raket “Xeybər” adlandırılıb”, - deyə nazir əlavə edib.