Əsas məzmuna keç

İran XİN başçısı: Fars körfəzi ilə düşmənçiliyimiz yoxdur

İran XİN başçısı: Fars körfəzi ilə düşmənçiliyimiz yoxdur

Abbas Əraqçi Van İ ilə ABŞ və İsrailin hücumlarını müzakirə edib. Tehranın regiondakı hərbi bazalarla bağlı xəbərdarlığı və mülki itkilərin şok təfərrüatları...

en ru

İranın naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Əraqçi çinli həmkarı ilə və İsrailin hərbi əməliyyatlarından sonra İranda və regionda baş verən hadisələri müzakirə edib.

İranın xarici işlər naziri bildirib ki, ABŞ və İsrail İrana qarşı hücumları ilə beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini pozub və yüzlərlə günahsız mülki şəxsin ölümünə səbəb olub.

O, İran Silahlı Qüvvələrinin ölkənin milli suverenliyini, ərazi bütövlüyünü və vətəndaşların təhlükəsizliyini qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Mülki əhali arasında itkilərdən danışan Əraqçi Mina şəhərində ibtidai məktəbdə 168 qız şagirdinin həlak olduğunu, həmçinin xəstəxanalara hücumlar edildiyini qeyd edib.

Regional münasibətlərə toxunan nazir vurğulayıb ki, İranın ölkələrinə qarşı heç bir düşmənçiliyi yoxdur və onlarla mehriban qonşuluq münasibətlərini davam etdirmək əzmindədir.

O əlavə edib ki, Fars körfəzi regionunun bəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına qarşı İranın müdafiə xarakterli addımları həmin ölkələrə qarşı hücum kimi yox, təcavüzün mənbəyi və başlanğıc nöqtəsinə verilən qanuni cavab kimi qiymətləndirilməlidir.

Öz növbəsində, Van İ İranın suverenliyini, müstəqilliyini və ləyaqətini qorumaq hüququna dəstəyini ifadə edib və ABŞ ilə İsrail tərəfindən həyata keçirilən qeyri-qanuni hücumu bir daha pisləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…