Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan xəbərdarlıq: Trampın təhdidlərinin təsiri yalnız bizimlə məhdudlaşmayacaq

2 dəq
Paylaş:
İrandan xəbərdarlıq: Trampın təhdidlərinin təsiri yalnız bizimlə məhdudlaşmayacaq

İran rəsmisi "X" sosial şəbəkəsindəki hesabında ABŞ prezidenti Trampın İranın infrastrukturuna hücumla bağlı səsləndirdiyi təhdidlərə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o qeyd edib ki, İranın ərazi bütövlüyünə qarşı güc tətbiq etmək BMT Nizamnaməsinin və Baş Assambleyanın 3314 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.

Qəribabadi aşağıdakı hüquq normalarına diqqət çəkib:

Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinə əsasən, enerji stansiyaları və körpülər kimi mülki obyektlərə hücum təhdidi müharibə cinayətidir. 1977-ci il Cenevrə Protokolunun 52-ci maddəsinə görə, bu cür bəyanatlar fərdi cinayət məsuliyyəti yaradır”.

İranın özünü müdafiə hüququndan istifadə edəcəyini vurğulayan rəsmi, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən hər cür təhdidə qətiyyətlə cavab veriləcəyini bildirib.

O, ABŞ liderinə bu təhdidlərdən əl çəkməyi tövsiyə edərək, əks halda onun tarixə super müharibə cinayətkarı kimi düşəcəyini və bu addımların fəsadlarının yalnız İranla məhdudlaşmayacağını əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax